Nişanlı olan şəhid mayorun saatı 9 ay sonra haradan tapıldı? -Tükürpədici hadisə
14 Dekabr 2025, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
540
13.05.2023, 11:23
Orqanizmi parazitlərdən təmizləmək
Bu gün sizə orqanizmi parazitlərdən təmizləmək qabiliyyəti olan qidalardan danışacağam. Həmçinin, parazitlərin mövcudluğundan qaynaqlanan simptomlar, parazitlərin sevdiyi qidalar barədə də məlumat alacaqsınız.
Təəccüblənə bilərsiniz, amma həqiqətən də, helmintlərin orqanizmə hücumunu bildirən əlamətlər var. Kimisə baş ağrıları narahat edir, digəri tez-tez virus infeksiyalarına yoluxur, bir başqasının dərisində problemlər yaranır. Helmintlərlə mübarizə ilk baxışdan göründüyü kimi, elə də, asan deyil. Buna görə də, tövsiyə edilir ki, mütəmadi olaraq, parazit əleyhinə çıxış edən qidalar qəbul edəsiniz.
Parazitlər nədir və onlar harda məskən salır?
Helmintlər haqqında danışarkən, “qurd” ifadəsi daha tez-tez işlədilir. Bu bağırsaq parazitlərinin növləri də, görünüşləri də olduqca fərqlidir. Onlar hiss edilmədən insan orqanizmində uzun müddət yaşaya bilir. Orqanizmə daxil olan faydalı maddələrlə qidalanırlar, əvəzində, toksin ifraz edirlər. ÜST-ün açıqlamasına görə, Yer kürəsində 3 mlrd insan helmintlərdən əziyyət çəkir. Bu arada, onların geniş yayılma arealları İnkişaf Etmiş Ölkələrdir.
Helmintlər təkcə bağırsaqda deyil, əzələ toxumalarında, ağciyərlərdə, qanda, hətta baş beyində də məskən sala bilirlər. Ən qorxulusu odur ki, onlar uzun müddət gizli şəkildə yaşayırlar. İlk simptom o zaman meydana çıxır ki, helmintlərin sayı hədsiz dərəcədə artmış olur.
Qurd infestasiyasının simptomları.
1. İştahın olmaması;
2. Qarında ağrılar və yanmalar;
3. Anal nahiyədə qaşınma;
4. Arıqlamaq;
5. Soyuqdəymə ilə əlaqəli olmayan quru öskürək;
6. Hemoqlobin səviyyəsinin aşağı düşməsi;
Həmçinin oxuyun
Yoluxma daha çox ağız yoluyla baş verir. Yəni, parazitin yumurtaları ağız vasitəsilə orqanizmə daxil olur. Yuyulmamış əllər, yuyulmamış meyvə-tərəvəz və göyərtilər, lazımi termik emala məruz qalmayan ətlər, balıqlar yoluxma mənbəyi ola bilir. Parazitə yoluxma riski uşaqlar və böyüklər üçün eynidir. Amma uşaqlar arasında daha tez-tez rast gəlinir. Helmintoz olduqca geniş yayılıb. Hər bir insan, heç olmasa, ömründə 1 dəfə onunla rastlaşır. Helmintoz varsa, parazit əleyhinə çıxış edən qidaların qəbulu məsləhətdir.
1. Sarımsaq. Qədim zamanlardan xalq təbabətində bu tərəvəzdən istifadə edilməyə başlanıb. Sarımsaq virus infeksiyalarına və bağırsaq parazitlərinə qarşı müalicəvi təsir göstərir. Tərkibindəki allisin (allicin) sayəsində parazitlərin məhvinə nail olur. Sarımsağı bir neçə variantda qəbul etmək olar. A) qida kimi qəbul etmək; B) ondan məhlul hazırlamaq; C) onunla inqalyasiya eləmək; D) sarımsaq şirəsi ilə imalə etmək; Ən yaxşı üsul sarımsağı təzə-təzə yemək, yaxud şirəsini içməkdir. Tövsiyə edilir ki, gündə 3 dəfə, yeməkdən 30 dəq əvvəl sarımsağı, yaxud şirəsini qəbul edəsiniz.
2. Nar qabığı. Meyvə mineral və vitaminlərlə zəngindir. Qabığı isə parazitlərin məhv edilməsində effektivdir. Amma burada ehtiyatı əldən vermək olmaz. Həddən artıq istifadə edilən nar qabığı zəhərlənməyə gətirib çıxara bilər. Müalicəvi məhlulu hazırlamaq üçün 50 qr nar qabığını üyüdün, 2 st soyuq suya əlavə edin. Tozların dibə çökməyini gözləyin. 5 saatdan sonra qaynamağa qoyun. Suyun yarısı qalanadək qaynadın. Yenidən məhlulun soyumasını və tozların dibə çökməyini gözləyin. Yeməkdən 1 saat əvvəl xırda udumlarla için. Məhlulun qəbulundan 2 saat sonra imalə edin ki, ölmüş qurdlar orqanizmdən xaric olsun.
3. Zəncəfil. Bitki həzm sisteminin işini yaxşılaşdırır, helmintozun müalicəsinə kömək edir. Elmi cəhətdən sübut olunub ki, zəncəfilin qəbulundan sonra qurdların 90%-i ölür. Arzuolunan nəticəni əldə etmək üçün zəncəfil çayı dəmləyib içə bilərsiniz, yaxud zəncəfili təzə-təzə dilimləyərək, yeyə bilərsiniz.
4. Soğan. Mütəmadi olaraq, soğan yeyən insanlar soğan yeməyənlərə nisbətən, daha nadir hallarda helmintozla rastlaşır. Tərkibindəki allisin (allicin) sayəsində soğan parazitlərin məhvinə nail olur. Tərəvəzi çiy-çiy yeməklə yanaşı, ondan məhlul hazırlamaq da mümkündür. Soğanı xırda doğrayın, 1 stəkan qaynar suya əlavə edin. 1 gün ərzində dəmlənməyini gözləyin. Sutkada 100 qr olmaqla, 4 gün ərzində bu məhluldan qəbul edin. Soğan qabığını 3:1 nisbətində qaynar suuya qatın. 5 saat dəmlənməyini gözləyin, süzün və gün ərzində yeməkdən əvvəl 2 dəfə, hər dəfə 100 qr olmaqla için.
5. Adi qıtıqotu. Bu bitki də allisin (allicin) ilə zəngindir. Maddənin parazitləri məhv etdiyini artıq 2 dəfə vurğulamışam. Adi qıtıqotunun kökünü çiy-çiy yeməklə yanaşı, ondan yemək də hazırlamaq olar. Adi qıtıqotu kökü ilə sarımsağın qarışımı ən effektiv vasitədir. Hər iki məhsuldan bərabər miqdarda götürün, qarışdırın, səhər acqarına 1 xörək qaşığı yeyin. Yalnız mədə-bağırsaq traktatında problemləri olan insanlarda əks təsir göstərir.
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.